SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

BAKU.WS Fövqəladə Hallar Nazirliyin-ə istinadən xəbər verir ki, binanın üçüncü mərtəbəsində ümumi sahəsi 67 m² olan 4 otaqlı mənzilin 2 otağında 2 ədəd yataq dəsti, digər otağında 1 ədəd xalça və 2 m² sahədə döşəmə yanıb.

Yanğın zamanı 7 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BAKU.WS