SİZİN REKLAM BURADA!
055 213 76 73


Teleaparıcı Xoşqədəm Hidayətqızı aparıcısı olduğu proqramda vəfat edən qardaşından danışarkən hönkür-hönkür ağlayıb. 

BAKU.WS xəbər verir ki, aparıcı illər öncə etdiyi hərəkətə görə özünü hələ də bağışlamadığını bildirib:

"İraqa səfərim vardı, dövlət adamlarından müsahibə götürəcəkdim. Səddam Hüseyndən müsahibə götürmək ən böyük arzum idi. Tam "Kosmos" mağazasının yanına çatanda rəhmətlik qardış İlyas zəng vurdu. Dedi ki, çox vacib sözüm var, təcili yanıma gəl. Dedim, təyyarəyə gecikə bilərəm, qayıdanda ilk sizə gələcəm. Cavab verdi ki, sənə elə bir sözüm var ki, səndən başqa heç kəsə deyə bilmərəm. geri dönəndə məni görməyə bilərsən, bu sözü sənə deməyə bilərəm.

Mən səfərdən qayıdanda artıq qardaşımın dili tutulmuşdu. Belindən ilik çəkilmişdi, əli əsirdi, yaza da bilmirdi. İşimə görə onu dinləmədim, getdim. Bu günə qədər bu hərəkətimi özümə bağışlaya bilmirəm. Görəsən qardaşım mənə nə deyəcəkdi?!"

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO