SİZİN REKLAM BURADA!
055 213 76 73


Bolqarıstanın Moskvadakı səfirliyində çalışan bir diplomat deportasiya edilib.

BAKU.WS TRT-yə istinadən xəbər verir ki, Rusiya XİN-in açıqlamasında oktyabrda Bolqarıstanın bir Rusiya diplomatını deportasiya etdiyi xatırladılıb və buna cavab olaraq bu ölkənin diplomatının deportasiya edildiyi bildirilib.

Bolqarıstanın Rusiya Səfirliyində çalışan diplomat "istənməyən adam" elan olunub və sözügedən mövzu ilə bağlı ölkənin Moskvadakı səfiri Atanas Krastinə məlumat təqdim edilib.

Xatırladaq ki, keçən ay Bolqarıstan casusluqda ittiham etdiyi bir Rusiya diqlomatını deportasiya edib və yeni hərbi attaşenin gəlməsinə icazə verməyib.

BAKU.WS