VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi sürücülər və sərnişinlər hələ də azyaşlılar üçün gedişhaqqının neçə yaşdan sonra ödənilməsi məsələsindən məlumatsızdırlar.

Çünki soruşan zaman sərnişinlərin bəziləri 5 deyir, bəziləri 6, hətta 6 yaşdan yuxarı deyənlər də var. Bəs əslində neçə yaşlı uşaqlar üçün gedişhaqqı ödənilməlidir?

Xezerxeber.az-ın məlumatına görə, söhbət azyaşlılar üçün gedişhaqqının neçə yaşından sonra ödənilməsindən gedir.

Apardığımız sorğudan aydın olur ki, şəhərdaxili marşrut avtobuslarının bəzi sürücüləri qanunun bu tələbinin konkret nə olduğundan məlumatsızdırlar. Çünkü sürücülərin əksəriyyəti bununla bağlı müxtəlif rəqəmlər səsləndirir.

Sərnişinlər də demək olar ki, sürücülər kimi cavab verir.

Bakı Nəqliyyat Agentliyindən isə bildirilib ki, 5 yaşından yuxarı olan uşaqlar üçün gedişhaqqının ödənilməsi vacibdir. Bu bir tələbdir və buna hər kəs əməl etməlidir. O da bildirilib ki, bu tələblə bağlı əksər avtobusa məlumat vurulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS
VİDEO