SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Bakıya gəlib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə “Qarabağ” Futbol Akademiyasının koordinatoru Tacettin Doğan məlumat verib.

Onun sözlərinə görə, 67 yaşlı mütəxəssis Avro-2020-nin oyunları üçün otel və təlim-məşq bazası seçimi ilə bağlı Azərbaycana səfər edib.

Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.

BAKU.WS