SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir neçə gün öncə özlərini piss hiss edərək xəstəxanaya çatdırılan tələbə qızlar evə buraxılıblar.

Bu barədə BAKU.WS-ə Səhiyyə Nazirliyindən məlumat veriblər. Bildirilib ki, qastroenterit (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılan iki tələbə qızın müalicəsi başa çatıb. Bu gün onlar evə buraxılıblar.

Qeyd edək ki, dekabrın 3-də kirayə yaşadıqları evdə iki tələbənin vəziyyəti pisləşib. Yasamal rayonu Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı Kliniki Tibbi Mərkəzə çatdırıb.

BAKU.WS