SİZİN REKLAM BURADA!
055 213 76 73


Prezident İlham Əliyev Elbrus İsayevin Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

BAKU.WS-in məlumatına görə, sərəncama əsasən Elbrus Saleh oğlu İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib.

Dövlət başçısının başqa bir sərəncamı ilə Saleh Heydər oğlu Məhərrəmov Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.

Bundan başqa, Prezidentin sərəncamı ilə Elbrus Saleh oğlu İsayev Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub.

BAKU.WS