SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyi məlumat verib. 

Məlumata görə, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla, 4 nəfərin liftdən çıxarılması təmin edilib.

BAKU.WS