SİZİN REKLAM BURADA!
055 213 76 73


Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Göyçay-Ucar avtomobil yolunda, Hüngütlü kəndi ərazisində qeydə alınıb.

“VAZ 2107” markalı minik avtomobili sürətlə hərəkətdə olarkən qarşıda eyni istiqamətdə hərəkət edən “Qazel” markalı yük avtomobilinin arxa tərəfinə çırpılıb.

Hadisə zamanı minik avtomobilində olan bir nəfər ölüb, digəri isə ağır yaralanıb. Həmin şəxslərin qardaş olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS