VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piiçlə Rusiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilib.

BAKU.WS RİA "Novosti"yə istinadən xəbər verir ki, görüş zamanı Avropa təhlükəsizliyi sahəsində vəziyyət, Rusiya-NATO təmas xəttində insidentlərin qarşısının alınması üzrə tədbirlər, o cümlədən hərbi ekspertlərin dialoqunun bərpa olunması məsələsi müzakirə olunub.

Onlar həmçinin böhran regionlarında vəziyyəti müzakirə edib.

Bu V.Gerasimovla iyun ayında NATO Hərbi Komitəsinin sədri vəzifəsinə təyin olunan S.Piç arasında ilk görüşdür. Bunadək onlar yalnız telefon danışıqları keçirib.

BAKU.WS