VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub.

BAKU.WS "report"a istinadən xəbər verir ki, həftənin son oyununda "Neftçi" "Qəbələ"ni qəbul edib. "Bakcell Arena"da baş tutan matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:1.

Hesabı 17-ci dəqiqədə Soni Mustivar açıb. Ömər Buludov 24-cü, Stiven Monroz isə 35-ci dəqiqədə fərqlənməklə "Neftçi"nin üstünlüyünü bir qədər də möhkəmləndiriblər.

Meydan sahiblərinin futbolçular ikinci hissədə daha 2 qol vurublar. Qarşılaşmanın 90+2-ci dəqiqədə Evangelos Platellas "Qəbələ"ni məyus edib. Bundan 3 dəqiqə sonra isə Donald Gerye avtoqola imza atıb.

Bu qələbədən sonra xalını 21-ə çatdıran "Neftçi" 2-ci pilləyə yüksəlib. "Qəbələ" isə 9 xalla son sıradadır.

Qeyd edək ki, hesabat turunda "Sumqayıt" evdə "Qarabağ"ı 2:1, "Zirə" isə "Keşlə"ni 3:1 hesabı ilə məğlub edib. Təkcə "Səbail" - "Sabah" oyununda qonaqlar qalib gəlib - 1:3.

BAKU.WS