VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İraqın paytaxtı Bağdadın mərkəz və cənub hissələrində kütləvi aksiyalar səbəbindən internetin verilişi dayandırılıb.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bundan başqa, Əhrar körpüsü də beton sədlərlə bağlanılıb.

Cümhuriyyət və Sinək körpüləri isə günlərdir bağlıdır.

Qeyd edək ki, 1 oktyabrda başlayan və Ərbəin yürüşünə görə dayandırılan etiraz aksiyaları 25 oktyabrdan etibarən yenidən davam etdirilib. Minlərlə insan işsizlik, yoxsulluq və korrupsiyaya görə hökumətə etiraz edir.

Polislərlə toqquşmalarda 229 nəfər ölüb, 8 mindən çox insan isə yaralanıb.
BAKU.WS