SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilər.

BAKU.WS xəbər verir ki, iqtisadi inkişafın, iqtisadi artım templərinin xüsusilə qeyri-neft sektorunda sürətləndirilməsi, kiçik və orta biznes üçün şəraitin daim təkmilləşdirilməsi, azad rəqabət mühitinin təmin edilməsi kimi vəzifələr qarşımızda durur.

Bunu AzTV-yə müsahibəsində İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/economy/72778


İŞİD-in qurucusu Əbu Bəkr əl-Bağdadinin öldürülməsindən sonra terror təşkilatına rəhbərlik edəcək şəxsin adı məlum olub.

BAKU.WS xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/dunya/72781


Dünən axşam saatlarında Bakının mərkəzində qara rəngli "Mercedes-Maybach" markalı avtomobil qəza törədib.

Hadisə şahidlərinin BAKU.WS-ə verdiyi məlumata görə, avtomobil əvvəlcə önündəki avtomobilə çırpılıb. Müvazinətini itirən avtomobil yol kənarında dayanan piyadanı vurub, sonra isə Bəşir Səfəroğlu və Rəşid Behbudov küçələrinin kəsişməsində yerləşən yaşayış evinə çırpılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/72785


Çoxlu sayda gənc ailələr güzəştli kateqoriyaya düşmədikləri üçün sosial ev ala və güzəştli ipoteka kreditlərinə müraciət edə bilmirlər. Bu kontekstdən, sosial mənzil və eləcə də güzəştli ipoteka kreditinə müracət hüququnun necə müəyyənləşdirilməsi son dövrlər müzakirə edilən məsələlərdəndir. Bu isə evsiz gənc ailələrinin bir qisminin məhz bu güzəştlərdən yararlanmasına imkan vermir.

BAKU.WS xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov güzəştli kateqoriyaya daxil olan qrupların siyahısına yenidən baxılıb dəyişdirilməsinə ehtiyac olduğunu bildirib.

O qeyd edib ki, bu güzəştli siyahı müəyyənləşdirilən zaman çatışmazlıqlara yol verilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/economy/72786


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Qəbələ rayonuna səfərə gəlib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/72794


Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov kadr islahatı ilə bağlı daha bir əmr imzalayıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/72800


Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli avtomobillərə tətbiq edilən plyonka qadağasının aradan qaldırılmasını təklif edir.

T.Kərimli “Report”a açıqlamasında deyib ki, plyonkaya görə cərimələrin yazılması vətəndaşları narazı salır.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/72808


Bir həftə öncə müğənnilər Röya, Mir Yusif və Tünzalə Ağayeva Prezident İlham Əliyevin sərəncamı ilə “Xalq Artisti” fəxri adı ilə təltif edilib.

BAKU.WS xəbər verir ki, onlar Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə təltif ediliblər.

Məsələnin gündəmdə olduğunu nəzərə alaraq son 10 ildə “Xalq” və “Əməkdar” fəxri adları alan kino, teatr, mədəniyyət və musiqi xadimlərinin siyahısını təqdim edirik.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/mdniyyt/72806


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Ağdaş rayonuna səfərə gəlib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/72818
BAKU.WS