VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikanın məşhur narkobaronu “El Çapo” ləqəbli Xoakin Quzmanın oğlu Ovidio Quzman Lopezə görə kütləvi aksiyalar keçirilib.

BAKU.WS BBC Türkçə-yə istinadən xəbər verir ki, Lopezin həbs edilməsindən sonra minlərlə insan Sinaloa şəhərində kütləvi aksiyalar keçiriblər.

Etirazçılar avtomobilləri yandırıblar, yollarda barrikadalar qurublar. Polislərlə aksiyaçılar arasında şiddət qarşıdurmalara görə şəhərdə vəziyyət kritik həddə çatıb.

Meksikalı rəsmilər vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün Lopezi sərbəst buraxıblar.

Hadisələrə görə, Meksika Prezidenti Andres Manuel Lopez Obrador Təhlükəsizlik Şurasının iclasını keçirəcəyini açıqlayıb.

Qeyd edək ki, Obrador prezident seçilməmişdən öncə narkotacirlər mübarizəni gücləndirəcəyi barədə söz vermişdi.
BAKU.WS
QALEREYA