BAKU.WS report-a istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobilin "VAZ-2107" markalı avtomobillə toqquşması nəticəsində yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.
Bunlar Şəbiyeva Əsma Aydın qızı (2 yaş), Şəbiyev Hüseynəli Aydın oğlu (6 yaş), Eyvazlı Məsumə Hüseyn qızı (4 yaş) habelə azyaşlıların anası Şəbiyeva Ülviyyə Yaşar qızı (1992-ci il təvəllüdlü) və azyaşlıların nənəsi Əbdülkərimova Şəhla Hacı qızı (1969-cu il) xəsarət alıblar.
Qeyd edək ki, hadisə Suraxanı rayonu, Əmircan qəsəbəsində qeydə alınıb.
BAKU.WS