VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xoşqədəm Hidayətqızı 38 yaşında xərçəng xəstəliyindən vəfat edən bacısından söz açıb.

BAKU.WS
xəbər verir ki, aparıcı “Səni axtarıram” verilişində bacısı barədə danışarkən göz yaşlarına hakim ola bilməyib:

“Bacım dünyasını dəyişən zaman 3 uşağı qalmışdı. Onun rəhmətə getdiyinin 7-ci günündə anamın xısın-xısın ağladığını, öz-özünə danışdığını gördüm. Deyirdi ki, ay Allah, kaş canımı alaydın, balamın ölümünü görməyəydim. Bu valideyn üçün çox ağır bir dərddir və əgər onun arxada uşaqları varsa, "ana" deyib, ağlayacaq balaları varsa, bu dəhşətdir.

Mən həmişə deyirəm, bütün dərdlər ailəmizə tanışdır. Hamısını yaşamışıq. 16 yaşımda ayrılığı da yaşamışam. Nə olsun ki, Naxçıvan da Azərbaycandır? Amma mən orada 16 yaşımda tək qalmışam, atam-anam, ailəmiz erməni blokadasında. Onların sağ olduğunu 1 il sonra öyrənmişəm. Əmim oğlumun zəngilə bilmişəm ki, onlar sağdır, ölməyib. Mən qəribliyi də, həsrəti də, ölümü də, ayrılığı da, hamıpsını yaşamışam. Rəbbim, heç bir valideyni balasından ayrı salma, heç bir valideyni övladları ilə sınağa çəkmə və layiq olmayana övlad vermə, layiq olana da xeyirli övlad ver!"

Aysel
BAKU.WS
VİDEO