SİZİN REKLAM BURADA!
055 213 76 73


İran ordusu xəbərdarlıqsız ölkənin şimal-qərbində, Türkiyəylə sərhəddə hərbi təlimlərə başlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. 

Manevrdə sürətli cavab və hücum hərbi birləşmələri, o cümlədən hava qüvvələrinin bir hissəsi olan helikopterlər iştirak edir. Təlimlər Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyata hazırlaşması fonunda keçirilir.

"Reuters" qeyd edir ki, İran prezidenti Həsən Ruhani Ankaranı təmkinliliyi göstərməyə və qonşu ölkənin ərazisində döyüş hərəkətlərindən çəkinməyə çağırıb. Onun sözlərinə görə, Türkiyə öz sərhədləri haqqında narahat olmaq hüququna malikdir, ancaq bu istiqamətdə düzgün yol seçilməlidir.
BAKU.WS