VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

BAKU.WS
xəbər verir ki, hadisə Bakı-Xocahəsən avtomobil yolunun Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Faiq Müzəffər oğlu Atakişiyevin idarə etdiyi “VAZ-2106” markalı, 99 NG 426 dövlət qeydiyyat nişanlı maşınla əks istiqamətdə hərəkət edən, 1983-cü il təvəllüdlü Vüsal İsrafil oğlu Həsənovun idarə etdiyi “Mercedes” markalı, 99 DB 073 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü Faiq Atakişiyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS