VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 86 nömrəli Qərarında dəyişiklik edilib.

BAKU.WS Trend-ə istinadla məlumat verir ki, dəyişikliyə əsasən, Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinin maaşları 594 manatdan 890 manata qədər artırılıb.

Bu Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilib.
BAKU.WS