SİZİN REKLAM BURADA!
055 213 76 73


Taksi sürücüsü sərnişini döyərək qarət edib.

Daxili İşlər Nazirliyindən (DİN) BAKU.WS-ə verilən məlumata görə, bu barədə nazirliyin “102” Zəng Mərkəzinə müraciət daxil olub.

“102” Zəng Mərkəzinə müraciət edən Salyan rayon sakini F.Adışirinov oktyabrın 6-da saat 22 radələrində rayon ərazisində sərnişin qismində “Mercedes” markalı avtomobilə minərək Bakı şəhərinə gəldiyini, Yasamal rayonu ərazisində isə sürücünün onu döyərək 497 manatını aldığını bildirib.

Dərhal müvafiq araşdırmalar aparılıb. DİN-in Təhlükəsiz Şəhər Xidməti, Əlahiddə Çevik Polis Alayı, Bakı Şəhər Baş Polis İdarəsi və Yasamal Rayon Polis İdarəsi (RPİ) 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən, qeyd edilən nəqliyyat vasitəsinin sürücüsü, Cəlilabad rayon sakini S.Piriyev qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.
BAKU.WS