SİZİN REKLAM BURADA!
055 213 76 73


İraqda bir neçə gündür davam edən iğtişaşlar dayandırılıb.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, aksiya iştirakçıları “Ərbəin yürüşü”nün yaxınlaşması ilə əlaqədar nümayişləri dayandırıblar.

Aksiyaçılar bldiriblər ki, yürüş iştirakçılarının rahatlığını təmin etmək və hüquq-mühafizə orqanlarına da təhlükəsizliyi qorumaq üçün bu addımı atıblar.

Məlumata görə, aksiyalar “Ərbəin yürüşü”ndən sonra davam etdiriləcək.

Qeyd edək ki, “Ərbəin” mərasimləri 19 oktyabrda keçiriləcək.
BAKU.WS