SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı Apellyasiya Məhkəməsində azyaşlı uşağa qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən 1986-ci il təvəllüdlü Elimdar Əbilovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

BAKU.WS 
“oxu.az”a istinadən xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası oktyabrın 21-nə təyin edilib.

İttihama görə, E.Əbilov səkkiz yaşlı oğlan uşağına qarşı seksual xarakterli hərəkətlər edib. O, məhəllədə oynayan azyaşlını aldadaraq naməlum istiqamətdə aparıb. Onun bu əməli nəzarət kameraları tərəfindən lentə alınıb.

Azyaşlının valideynin hüquq-mühafizə orqanları əməkdaşlarına şikayətindən sonra E.Əbilov saxlanılıb və o, əməlindən peşman olduğunu deyib. O, hadisəni törədən zaman içkili olub.

E.Əbilova qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri; təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən E.Əbilov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı olan məhkum apellyasiya şikayəti verib.
BAKU.WS