VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Neftin ucuzlaşması Rusiya milli valyutası olan rubulu tamamilə dəyərdən salıb.
 
BAKU.WS-in məlumatına görə, Rusiya milli valyutası son bir həftədə ən ağır ucuzlaşma gününü yaşayır. Ötən gün Rusiya Mərkəzi Bankı 1 dolların satış məzənnəsini 65,72 rubla qaldırmağa məcbur olmuşdu. Günortadan sonra mənzərə tamam dəyişib. Belə ki, Moskva birjasında dollar kəskin bahalaşıb və 68 rubla qədər qalxıb, 1 avro isə 75,56 rubl olub.
 
Günün sonuna doğru isə dollar 67,5 rublda qərarlaşıb. Avqustun 21-i üçün Rusiya Mərkəzi Bankının müəyyənləşdirdiyi satış kursu da ürəyaçan deyil. Belə ki, Rusiya Mərkəzi Bankı dolları 66.9608, avronu isə 74,4738 rubldan təklif edəcək.
 
Xatırladaq ki, son günlər xarici valyutalar dollar qarşısında dəyərdən düşür. Çin öz milli valyutasını 4,6% ucuzlaşdırdıqdan sonra Qazaxıstan da devalvasiyaya getdi. Təngənin üzən valyuta rejiminə keçməsi Qazaxıstan pulunun 35,5% ucuzlaşmasına gətirib çıxarıb. 
 
ŞAHİN Həbibov
BAKU.WS