VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın futbol üzrə yığma komandası oktyabrın 9-da Bəhreynlə yoldaşlıq oyunu keçirəcək, oktyabrın 13-də isə Avro-2020-nin seçmə mərhələsində Macarıstan komandası ilə qarşılaşacaq.

BAKU.WS xəbər verir ki, yığma komandamız oktyabrın 6-da və 7-də Bakıda, 8-də və 9-da Bəhreyndə, ayın 10-dan 13-dək Macarıstanda təlim-məşq toplanışında olacaq.

Qeyd edək ki, Bəhreynlə və Macarıstanla qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb. Premyer Liqanın VII turu çərçivəsində oktyabrın 6-da keçirilimiş “Qarabağ” – “Sabah” oyununda zədələnən Mahir Emreli millimizin qeyd olunan oyunlarında iştirak edə bilməyəcək. Əvəzində, “Neftçi” PFK-dan Namik Ələskərov millinin heyətinə dəvət olunub.

BAKU.WS
VİDEO