SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakılı aktyor Aleksey Saprıkin vəfat edib.

BAKU.WS
xəbər verir ki, Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktyoru bu gün səhər saatlarında həyatla vidalaşıb. 

65 yaşlı aktyor uzun müddət şəkər xəstəliyindən əziyyət çəkib. Oktyabrın 1-də vəziyyəti ağırlaşan A.Saprıkin reanimasiyaya yerləşdirilmişdi.

Sənət yoldaşları onu Lyoşa deyə çağırırdı. Onun yoxluğu ilə barışmayan dostları öz kədərlərini sosial şəbəkədə izhar ediblər. 

Aleksey Alekseyeviç Saprıkin (Aleksey Şaprıkin / Aleksey Saprıgin) 18.08.1955 tarixində Bakıda anadan olub. Bakı Kamera Teatrında (1991-1992), “Qarabağ Absürd Teatrı”nda (1992-1996), Gənc Tamaşaçılar Teatrında (2002-2008) çalışıb. 2008-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorudur.

O, həmçinin kino aktyoru idi. Onlarla Azərbaycan filminə çəkilən A.Saprıkin xarici film istehsalçılarının “Qraf Krestovski” (2004, rejissor Ramiz Fətəliyev/Rusiya) filmində Toporov obrazını canlandırıb.

Teatrda son dövrdə səhnəyə qoyulan “Peterburq işçisi”, “Və yağış yağır və içini tökür”, “Sənətkarın taleyi”, “Qürur və qərəz”, “Payız sonatası”, “Meme” tamaşalarında rol alıb.


Zülfiyyə Qurbanova
BAKU.WS
QALEREYA