SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkan qəsəbə sakini İmanov Aydın Sərvər oğlunun bir il öncə müalicə aldığı 7 saylı Vərəm Dispanserindən yoxa çıxıb. Ərinin nə ölüsündən, nə dirisindən xəbər ala bilməyən Aidə İmanova Xoşqədəm Baxşəliyevanın Xəzər TV-də yayımlanan "Səni axtarıram" proqramında şok açıqlamalar verib. 

O, həyat yoldaşının yoxa çıxmasında Aydının əmisi oğlu Əliheybət İmanovdan şübhələndiyini, buna səbəb kimi Əliheybətin ona isti münasibət göstərməsini əsas gətirib. 

BAKU.WS
xəbər verir ki, Ə.İmanov dünən studiyaya gələrək Aidənin bütün ittihamlarını rədd edib. Aydının ruhi xəstə kimi axtarışa verilməsini onun yox, polisin təklif etdiyini, eləcə də Aydına spirtli içki almadığını deyib. 

Aidənin Aydın xəstəxanaya getməmişdən əvvəl Əliheydərin həyat yoldaşına zəng etmək istədiyini açıqlaması Əliheybəti özündən çıxarıb və aqressiv şəkildə qadının səsini kəsib: 

"Mənim həyat yoldaşımın adını çəkmə, ay qız. Sən onun ayağının tozu da deyilsən. Ağıllı ol!"

Xatırladaq ki, A.İmanova ərinin yoxa çıxmasında Əliheybət İmanovu ittiham edərkən bu sözləri demişdi:

"Aydın sağdır, ya ölüb, o bilir. Çünki hər işin arxasınca Əliheybət gedirdi. Aydını döyürdü. Ona içkini də o alırdı. Bir də mənə dedi ki, bir kəlmə razılıq ver, Aydını həbs etdirim. Amma mən razılaşmadım. Aydın onun qaranlıq işlərini bilirdi. Bu səbəbdən ondan şübhələnirəm.
Əliheybətin mənə qarşı isti münasibəti vardı. Dedi ki, sən mən deyənlərlə razılaş, Aydını özüm aradan götürüm, yox edim".

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO