VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qaxda baş verən partlayış nəticəsində 6 nəfər Qax rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Bu barədə Səhiyyə Nazirliyindən BAKU.WS-ə məlumat verilib.

Bildirilir ki, xəsarət alanlardan 4-nün vəziyyəti yüngül, 2 nəfərin vəziyyəti isə orta-ağır stabildir. Həkimlərin bildirdiyinə görə, xəstələrin həyati təhlükəsi yoxdur.

***11:25

Qaxda partlayış baş verib, xəsarət alanlar var.

BAKU.WS
"report"a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Qax rayon Kommunal Təsərrüfat və İstehsalat Birliyinin işçiləri şəhər ərazisində torpaq yayan zaman naməlum partlayış baş verib.

Nəticədə xəsarət alan 4 nəfər Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda hadisənin səbəbləri araşdırılır.
BAKU.WS