VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda mənzildə meyit aşkar olunub.

BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir, meyit Yasamal rayonundakı mənzillərin birində tapılıb.

Belə ki, nazirliyin xilasediciləri bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə əlaqədar çağırış edilən ünvana gəlib.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Harunov Şıxməmməd Məmməd oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
BAKU.WS