SİZİN REKLAM BURADA!
055 213 76 73


Qazax rayonunda sürücü öncə piyadanı vurdu sonra idarə etdiyi avtomobilini ağaca çırpdı.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən, hadisə Qazax rayonunda qeydə alınıb. 50 yaşlı rayon sakini Cavanşir Əmraslanov idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada Ağstafa rayon Qırılı kənd sakini 1957-ci il təvəllüdlü Gülşən Tağıyevanı vurub. Ardından avtomobil ağaca çırpılıb.

Qadın Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta ağır olduğu deyilir. İlkin məlumatlara görə, hadisə Cavanşir Əmraslanovun sükan arxasında vəziyyətinin pisləşməsi səbəb olub. Sürücü ağır vəziyyətdə Qazax rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun komada olduğu deyilir.

Faktla bağlı araşdırma başlanılıb.
BAKU.WS
QALEREYA