SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstanın paytaxtı Tbilisidə gürcülər və azərbaycanlılar arasında kütləvi dava düşüb.

BAKU.WS APA-nın yerli bürosuna istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, dava zamanı xəsarət alan bir etnik azərbaycanlı xəstəxanaya çatdırılıb, yaralı bir neçə nəfərə isə ilkin tibbi yardım göstərilib. Xəsarət alan şəxslər hücum edənlərin beş nəfər olduğunu bildiriblər. Davanın etnik zəmində baş vermədiyi bildirilib.

Faktla bağlı cinayət işi başlanılıb.
BAKU.WS