SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda naməlum şəxslər küçədə paytaxt sakinini oğurlayıb.

BAKU.WS
Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

Metronun "28 may" stansiyasının qarşısında 4 nəfərdən ibarət mütəşəkkil dəstə qabaqcadan əlbir olaraq Bakı şəhər sakini Baxşıyev Təbrik Ədalət oğlunu oğurlayaraq avtomobilə mindirib Abşeron rayonunun Xırdalan qəsəbəsinə aparıb.

Naməlum şəxslər yolda T. Baxşıyevə zorakılıq edərək işgəncə verib, üzərində olan 550 manatını alıblar. Dəstə üzvləri daha sonra onu naməlum istiqamətə aparıb orada avtomobildən düşürüblər.

Zərərçəkmişin müraciəti əsasında Abşeron rayon Polis İdarəsində cinayət işi başlanıb.
BAKU.WS