SİZİN REKLAM BURADA!
055 213 76 73


Səudiyyə Ərəbistanında neft kəmərlərinə Yəmənin husi qüvvələri tərəfindən edilən dron hücumlarından sonra İsrail hökuməti də ehtiyatlanmağa başlayıb.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hazırda “Dəmir qübbə” adlı hava hücumundan müdafiə sisteminə sahib olan İsrail bundan daha güclü sistem yaratmaq niyyətindədir.

İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Təhlükəsizlik Kabinetində nazirlərə yeni sistem haqqında məlumat verərək deyib ki, yeni sistem təxminən 1 milyard dollar başa gələcək.

Layihənin icra edilməsi üçün sosial layihələrə ayrılan maliyyələr azaldılacaq və vergilər artırılacaq.
BAKU.WS