SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda ağır yol qəzası baş verib. 

BAKU.WS xəbər verir ki, hadisə oktyabrın 7-də səhər saatlarında Qala-Pirallahı yolunda (Zirə Bolmarketin yanı) qeydə alınıb.

Hadisə yerinə gələn Təcili Tibbi yardım briqadası 11 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb.

Xəstəxanadan verilən məlumata görə, müraciət edən 11 nəfərdən 9-na ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib:

"İki nəfərin müalicəsi davam edir.

Həkimlər xəstəxanada qalan iki nəfərin vəziyyətini orta-ağır kimi qiymətləndirir. Həyatları üçün təhlükə yoxdur".
BAKU.WS