SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində qeydə alınıb.

"Hyundai" markalı avtomobil piyada keçidindən keçən nənə - 1966-cı il təvəllüdlü Süleymanova Albina Gennadi qızını və onun nəvəsi - 2017-ci il təvəllüdlü Bayramov Daniar Ruslan oğlunu vurub. Yaralılar təcili yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıblar. A.Süleymanovaya sağ budun geniş cırılmış yarası və çanaq sümüyünün sınığı, D.Bayramova üzün sıyrılmış yaraları diaqnozu qoyulub.

Fakla bağli araşdırma aparılır.
BAKU.WS