SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda ilk dəfə olaraq hind narını yetişdirən Göyçay şəhər sakini Rafiq Xəlilov olub.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, dünyada hind narı kimi tanınan, türklərin “Qüdrət narı” adlandırdığı yeni sort da bunlardan biridir.

N.Xəlilov qeyd edib ki, narın toxumları Hindistandan gətirilib. Toxumlar əvvəlcə xüsusi qablarda yetişdirilib, sonra əldə olunan şitillər bağ torpağına köçürülüb.

Başqa sortlarla müqayisədə tez yetişən hind narı qeyri-adi görünüşə, dada və rəngə malikdir. Hind narının dənələri qırmızı olsa da, adi nar dənələrindən böyükdür.

Xatırladaq ki, hind narı bir neçə dəfə Göyçayda keçirilən nar bayramında nümayiş etdirilib.
BAKU.WS
QALEREYA