SİZİN REKLAM BURADA!
055 213 76 73


Futbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

BAKU.WS xəbər verir ki, Azərbaycan Premyer Liqasının 7-ci turunda keçirilmiş "Neftçi" - "Səbail" oyununda zədələnən Səlahət Ağayev əsas komandadan kənarlaşdırılıb.

Onun əvəzinə millinin heyətinə "Sumqayıt" klubundan Mehdi Cənnətov dəvət olunub.

Qeyd edək ki, yığma oktyabrın 9-da Bəhreynlə yoldaşlıq oyunu keçirəcək, 4 gün sonra AVRO-2020-nin seçmə qrup mərhələsi çərçivəsində Macarıstanla qarşılaşacaq.
BAKU.WS