SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Rusiyanın Nijeqorod vilayətində turistlərin olduğu avtobus aşıb, 20 nəfər xəsarət alıb.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, Saratovdan çıxan avtobus yerli vaxta saat 09.40 radələrində Qaqinsk rayonunun Panovo-Osanovo kəndi yaxınlığında aşıb.

İlkin məlumata görə, qəzaya səbəb sürücünün döngədə idarəetməni itirməsi olub və 2 sürücü və 27 sərnişinin olduğu avtobusun aşması nəticəsində 20 nəfər xəsarət alıb. Xəsarət alanlar arasında uşaqlar yoxdur.

Yaralılar xəstəxanalara yerləşdirilib.
BAKU.WS