VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elxan adlı şəxs "Səni axtarıram" proqramında 20 ildir üzünü görmədiyi bacısı Həsənova Xatirə Baba qızının axtarışına çıxıb. 

BAKU.WS 
xəbər verir ki, ögey ana ucbatından pərən-pərən düşdüklərini deyən Elxan, 13-14 yaşından Bakının küçələrində yaşadığını bildirib.

Sadist analığın onlara verdiyi işgəncələrdən söz açarkən hər kəs dəhşətə gəlib. 

"Xatirəm mənim atamın birinci həyat yoldaşından doğulan bacımdır. Atam ondan sonra mənim anamla evlənib. Biz iki qardaş olmuşuq. Mən 2 aylıq olanda anam dünyasını dəyişib. Doğma qardaşım hazırda Qaradağ rayonunda yaşayır. Bizi bacım Xatirə böyüdüb. Anam öləndən sonra atam 3-cü dəfə evlənib. Ümumi 7 qardaş, 2 bacıyıq. 

Ögey ana bizə işgəncə verib. hazırda bütün bədənim o analığın vurduğu damğalardırr. Mənim bacımın barmaqlarını o analıq qırıb. Qardaşımın bədəni o ananılığın qoyduğu çapıqlardır. Biz çox zülmlər çəkmişik. Analıq çörək vermirdi, bacı gizlin gətirib bizə çörək verirdi. Bacı bizim üstümüzdə döyülürdü-söyülürdü. Çünki analıq bizə demişdi ki, heç birinizi bu evdə saxlamayacam. Hətta mənim doğma qardaşımı çarpayının üstünə bağlayırdı, üstünə qaynar su töküb döyürdü. O qardaşım indi Qaradağda işləyir, üş uşağı var. Atam 3-cü dəfə evlənib. Atam 10 ilə yaxındır dünyasını dəyişib. Analığım sağdır. Özünün dünyaya gətirdiyi oğlanları belə onun yanında qalmır. Heç biri ilə danışmıram, yalnız doğma qardaşımla danışıram. İndi də bacımı axtarıram". 

Elxanın söylədikləri aparıcını, qonaqları və tamaşaçıları dəhşətə gətirib. 

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO