VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dünya Kubokunun qalibi adını qazanıb.
 
BAKU.WS-in məlumatına görə, 32 yaşlı qrossmeyster Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilən yarışın həlledici matçında çinli Dinq Lirenlə dueldən qalib ayrılıb. 

Dünya Kubokunun qalibi Teymur Rəcəbov oyundan sonra FİDE-nin rəsmi internet saytına müsahibə verib.

“Hisslərimi ifadə etmək çətindir. Çünki ilk dəfədir bu cür turnirin qalibi oluram. Həqiqətən, çox xoşbəxtəm. Belə bir titula sahib çıxmışam. Özünüz gördüyünüz kimi çətin oldu. Hələ ki, qarşıda heç bir planım yoxdur. Ailəmin yanına, evimə gedəcəm. Komandamda olan hər kəsi təbrik edirəm” ,-deyə Rəcəbov bildirib.

Qeyd edək ki, şahmatçımız tay-brekdə qələbə qazanıb. 25 və 10 dəqiqəlik 4 görüşdə heç-heçə edən (2:2) T. Rəcəbov ardınca rəqibindən üstün olub. O, blitsdə iki qarşılaşmanın yekununa əsasən 2:0 hesabı ilə qalib gəlib və Azərbaycan tarixində ilk dəfə Dünya Kubokunu başı üzərinə qaldırıb. 

T. Rəcəbov eyni zamanda 110 min dollar mükafata da sahib olub. Ardıcıl ikinci dəfə finalda uduzan D. Lirenin qazancı isə 80 min təşkil edib. Hər iki şahmatçı həlledici oyuna yüksəlməklə, 2020-ci ildə keçiriləcək İddiaçılar Turnirinə vəsiqə də qazanıblar.
BAKU.WS
VİDEO