VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Səni axtarıram" proqramında gərgin anlar yaşanıb.

BAKU.WS
xəbər verir ki, özündən 6 yaş kiçik gənclə vətəndaş nikahında yaşayan 30 yaşlı qadın proqrama gələrək atıldığını və bətnindəki körpəsiylə küçədə qaldığını bildirib:

"O, mənim ikinci evliliyimdir. Avqustun 7-dən məni atıb gedib. Nömrəsini də dəyişib. Amma yerini bilirəm, anasıgildədir. 4 aylıq hamiləyəm. Bundan əvvəl ikisini abort etdirmişəm. Kirayə qaldığımız evin sahibi əşyalarımla birlikdə məni küçəyə atıb. Küçələrdə qalmışam. Mən ona demişdim, əgər məni bədbəxt etsən, mən də səni efirə çıxıb biabır edəcəm. Onun ucbatından heç kim üzümə baxmır, hamı məndən üz döndərib".

Verilişdə ekspert qismində iştirak edən şair Vüqar Əhməd qadının bu sözlərinə olduqca sərt reaksiya verib və hətta təhqir etməkdən çəkinməyib:

"Onun nə vecinə? Onu tanıyan var ki, rüsvay olsun? Özünü bir az yaxşı aparardın, hisslərinə hakim olardın. İkisini abort etmisən, üçüncünü də qeyri-qanuni doğarlar? Bic doğmaq lazım deyil! Molla kəbini-zad böş söhbətdir. Əsas dövlətin qanunudur. Gənclərimiz bunlara baxın nə ibrət götürəcəklər? Atasız uşaqlar heç vaxt vətənə layiq olmurlar. Atasından bixəbər uşaqlar vətəni də sevə bilmir".

Xoşqədəm Baxşəliyeva da qadını tənbeh etsə də, V.Əhmədin bu fikirləri ilə razılaşmayıb və etirazını belə bildirib:

"Qadınları atasız uşaq dünyaya gətirməyə vadar edən kişilərə lənət olsun!"

Aparıcı bütün bunlara baxmayaraq, həmin qadına bətnindəki körpəsini dünyaya gətirməyə, atalığın müəyyən edilməsinə və alimentin kəsilməsinə kömək edəcəyinə söz verib.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO