SİZİN REKLAM BURADA!
055 213 76 73


Beyləqanda məktəbliləri maşın vurub.

BAKU.WS
apa-ya istinadən, hadisə oktyabrın 3-ü, saat 13 radələrində rayonun 1-ci Şahsevər kəndi ərazisində qeydə alınıb.

14 yaşlı Vüsal Həsənov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2106” markalı, 49-BA-942 dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarı ilə gedən üç yeniyetmə qızı vurub.

Xəsarət alanlar - 2005-ci il təvəllüdlü Aynur Kərimli, 2005-ci il təvəllüdlü Rəqsanə Cəfərli və 2005-ci il təvəllüdlü Duyğu Ələkbərli Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsinin İstintaq bölməsi tərəfindən araşdırma aparılır.
BAKU.WS