SİZİN REKLAM BURADA!
055 213 76 73


“HammAli & Navai” musiqi qrupunun üzvü Nəvai Bəkirov Qazaxıstanda konsert zamanı başından xəsarət alıb.

BAKU.WS xəbər verir ki, müğənni “Instagram” hesabının hekayə bölümündə başına gələn xoşagəlməz hadisə barədə məlumat paylaşıb. 

“Qazaxıstandan ayrıldıqda qazax xalqına olan sevgimi etiraf etdim və cavab olaraq başıma bir şey atıldı. Nəticədə isə başım partladı. Təşəkkür edirəm”.

Müğənni bundan sonra bir daha Qazaxıstanda çıxış etməyəcəyini söyləyib. 

Qeyd edək ki, repçilər HammAli (Alexander Əliyev) və Navai (Nəvai Bəkirov) Rusiyada ən populyar qruplardan biridir. Əslən azərbaycanlı olan məşhurlar Rusiyada yaşayır və orada musiqi fəaliyyəti ilə məşğul olurlar.

Aysel
BAKU.WS