VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda qeydə alınan güclü yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, yanğın "Oazis” restoranı yaxınlığındakı ərazidə qeydə alınıb. Sökülməkdə olan restoranın ərazisində 30 m² sahədə taxta tullantıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***11:58

Bakıda güclü yanğın başlayıb.

BAKU.WS
Trend-ə istinadən xəbər verir ki, yanğın Binəqədi rayonunda Cəfər Xəndan və Şövkət Məmmədova küçələrində qeydə alınıb.

Bu barədə sakinlər bildiriblər. Verilən məlumata görə, yanğın bir qədər əvvəl başlayıb.

Adıçəkilən küçələrin ərazisində baş verən yanğının səbəbi hələlik məlum deyil.
BAKU.WS
VİDEO