SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünən Ayan Babakişiyevaya məğlub olaraq "Maşın Şou"nu tərk edən müğənni Fuad Musayev oyundan sonra ilk müsahibəsini verib. 

BAKU.WS
xəbər verir ki, ifaçı uyundan çıxdığına təəssüflənmədiyini və Ayanla heç bir probleminin olmadığını bildirib:

"Sözün düzü, çıxacağımı gözləmirdim. Mənim hədəfim Ayan Babakişiyeva idi. Təəssüflənəcək bir şey yoxdur, təcrübəli qalib gəldi. Bu sadəcə oyundur. Mənim Ayanla heç bir problemim yoxdur. Təcrübəli oyunda qaldı, mən getdim. Çünki mən "Maşın"da birinci dəfə idim".

F.Musayev oyunda qruplaşmanın olduğunu etiraf etdi: "Əlbəttə. Əgər mən doqquz nəfərə demişdimsə, şəklimi ora atın, yəqin ki, var. Adları çəkə bilmərəm, çünki oyun davam edəcək. Qoy maraqlı oyun davam etsin".

Fuad bildirib ki, qalibin meyxanaçı Aqşin Fatehin olacağını düşünür.

Qeyd edək ki, Fuad Musayev Ayan Babakişiyevanın qızının atası Füzuli Musayevin qohumu və dostudur. Ayanla Fizuli bəy qeyri-rəsmi evli olublar və qalmaqallı şəkildə ayrılıblar. Tolik Fuadın Ayanı Fizuli Musayevin sifarişi ilə oyundan çıxarmaq istədiyini açıqlayıb.

Xatırladaq ki, Ayan Babakişiyevin Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti, Karate üzrə dünya çempionu Füzuli Musayevlə qeyri-rəsmi evliliyi olub. Onların Selena adlı qız övladı var.

Aysel
BAKU.WS
VİDEO