SİZİN REKLAM BURADA!
055 213 76 73


“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Lüksemburqda “Düdelanj”ı 4:1 hesabı ilə məğlub etdiyi oyunda daha bir insident baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə “Lessentiel” portalı məlumat yayıb.

Məlumata görə, oyunun keçirildiyi “Jozi Bartel” stadionunun üçüncü mərtəbəsindəki dayanacaqda avtomobillərin şüşələri sındırılaraq qarət olunub.

Hadisə matç yarımçıq dayandırılan zaman qeydə alınıb.

Yerli polis qarət olunan avtomobillərdən barmaq izlərini götürüb, oğruların axtarışına başlayıb.

Qeyd edək ki, “Düdelanj” – “Qarabağ” oyunu erməni təxribatı ilə əlaqədar dayandırılıb. Matçın 30-cu dəqiqəsində Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin rəqib qapısına vurduğu 2-ci qoldan sonra dron vasitəsilə stadionun üzərinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Bundan sonra Ağdam təmsilçisinin üzvləri meydanı tərk ediblər. Ardınca Lüksemburqun idman naziri Dan Kerş Azərbaycan çempionunun soyunub-geyinmə otağına gələrək üzr istəyib. Nazir ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi saydığını, təxribatçıların tapılaraq cəzalandırılacağını deyib. Onun üzrxahlığı stadionda da elan edildikdən sonra oyun davam etdirilib.
BAKU.WS
QALEREYA