SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, Bakı metrosunda qızlar arasında əlbəyaxa dava olub.

İnsidentin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Videoya bu linkdən baxa bilərsiniz - https://baku.ws/incident/71008


Mandatı ləğv edilən deputat qandallana bilər.

Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat katibi, Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Hüseyn Paşayev deyib ki, Rafael Cəbrayılov deputat vəsiqəsini girov qoymaqla öz seçicilərinin etimadını tapdalayıb.

YAP-ın və MSK-nın Cəbrayılovla bağlı sərt açıqlamaları onun hərəkətlərinə hüquqi qiymət veriləcəyini istisna etmir.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/71012


Sosial şəbəkələrdə bir qrup müxalifət fəalının paytaxtda icazəsiz aksiya çağırışlarına Bakı Şəhər Baş Polis İdarəsindən münasibət bildirilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/71016


“Azərbaycan Dəmir Yolları” QSC bu gün Bakı-Sumqayıt-Bakı qatarının hərəkətində yaranan gecikmə ilə bağlı açıqlama yayıb.

Qurumdan BAKU.WS-ə verilən açıqlamaya görə, gecikməyə səbəb Keşlə stansiyasında yan qidalandırıcı xətdə yaranan texniki nasazlıq olub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/71010


Qazağın Quşçu Ayrım kəndi 1992-ci ildən indiyə qədər erməni işğalçıları ilə “daban-dabana” dayanıb desək səhv etmərik.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, bu günə kimi kəndin 10 nəfər sakini düşmənin açdığı atəş nəticəsində şəhid olub. Elə bu saya yaxın da mülkü vətəndaş yaralanıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/71027


Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqələrinin xidmətidöyüş fəaliyyətini yoxlayıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/71046


MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılovun səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb. Müraciət MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.

Məsələ ilə bağlı BAKU.WS olaraq deputatların da mövqeyini öyrənməyə çalışdıq. Onların bizneslə məşğul olan həmkarlarına hansı tövsiyyələr edə biləcəyini dəqiqləşdirdik. Milli Məclis üzvlərinin bizneslə məşğul olan deputatlarla bağlı mövqeyi belə oldu:

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/71048


Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.

BAKU.WS Report-a istinadla xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/71052

BAKU.WS