SİZİN REKLAM BURADA!
055 213 76 73


Son illərdə müəllimlərin aylıq vəzifə maaşı 2 dəfə, cari ilin sentyabrın 1-dən isə əlavə olaraq orta hesabla 20 faiz artırılıb.

BAKU.WS
Təhsil Nazirliyinə istinadən xəbər verir ki, aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5000 nəfərə çatıb.

2019-2020-ci tədris ili üzrə daha 30 min müəllimin müasir elmi-metodik məzmunlu və praktik ixtisasartırma proqramlarına cəlbi nəzərdə tutulur.

Cari ildə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak üçün müraciət edənlərin sayı əvvəlki illərlə müqayisədə 3 dəfədən çox artaraq təqribən 55 min olub.

Ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayanların 25 faizi müəllimlik ixtisasını seçib.
BAKU.WS