VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqələrinin xidmətidöyüş fəaliyyətini yoxlayıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən BAKU.WS-ə məlumat verilib.

Yoxlanış oktyabrın 2-3-də aparılıb.


Son günlərdə xidməti ərazidəki əməliyyat şəraiti, Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən mütəmadi olaraq atəşkəs rejiminin pozulması, təxribat-diversiya cəhdləri və bununla əlaqədar görülən tədbirlər barədə vəzifəli şəxslərin məruzələri dinlənilib.

Dövlət sərhədinin müdafiəsi və mühafizəsi üzrə xidməti fəaliyyətin təkmilləşdirilməsi, düşmənin təxribatlarının qarşısının qətiyyətlə alınması, şəxsi heyətin təhlükəsizliyinin daha da gücləndirilməsi barədə tapşırıqlar verilib.
BAKU.WS