SİZİN REKLAM BURADA!
055 213 76 73


İraqda hökumət əleyhinə kütləvi aksiyalar bir neçə şəhərə də yayılıb.

BAKU.WS xəbər verir ki, aksiyalar zamanı polislərlə etirazçılar arasında qarşıdurmalar olub.

Aksiyalar hazırda Bağdad, Zi-Kar, Vasit, Nəcəf, Divaniyə, Babili əhatə edir.

Toqquşmalar nəticəsində 12 nəfər ölüb, 650 nəfər isə yaralanıb. Ölənlərdən biri, yaralılardan isə 87-si polis əməkdaşıdır.

Etirazçıların əsas tələbi Baş nazir Adil Əbd əl-Mehdinin istefasıdır. Bundan başqa, həyat şəraitinin yaxşılaşdırılmasını, səhiyyə, təhsil sahələrində, əmək bazarında, həmçinin korrupsiya ilə mübarizədə problemlərin həllini tələb edirlər.

Sabitliyi bərpa etmək üçün paytaxt Bağdadda və bəzi əyalətlərdə bu gün səhər saat 5-dən komendant saatı elan edilib.

Son məlumatlara görə, qarşıdurmalar səbəbindən ötən gecədən etibarən Xosrəvi və Çəzabə sərhəd keçid məntəqələri bağlanıb. İranın Sərhəd Qoşunları komandanı general-mayor Qasım Rzayi deyib ki, sabitlik təmin olunduqdan sonra Ərbəin zəvvvarları üçün bu iki sərhəd-keçid məntəqəsi yenidən açılacaq.

Adil Əbd əl-Mehdi açılama verərək bildirib ki, xalqın istəkləri qanunlar çərçivəsində yerinə yetiriləcək:

“Mitinqlərdən əvvəl insanlardan bütün tələbləri toplayan komissiyalar yaradılıb və istəklərin yerinə yetirilməsi üçün işlər başlanıb. Hər kəsi sakit olmağa çağırıram. Mitinqlərin İraq və xalqına qarşı istifadə edilməsinə imkan verməyin”.

Ölkə prezidenti Berham Saleh də “Twitter” verdiyi qeyd edib ki, dinc aksiya konstitusiya təminatı altındadır:

“İraq gəncləri vəziyyətin yaxşılaşdırılması və məşğulluq istəyir. Bu qanuni tələbləri yerinə yetirmək bizim vəzifəmizdir”.
BAKU.WS
VİDEO

QALEREYA