VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Rusiyanın Sankt Peterburq şəhərində 24 yaşlı Azərbaycan vətəndaşı taksi sürücüsü tərəfindən güllələnib.

BAKU.WS “Report”a istinadla xəbər verir ki, taksiyə minən azərbaycanlı gənc sürücü ilə mübahisə etdikdən sonra sürücü ona dörd əl atəş açıb, daha sonra da maşından bayıra atıb.

Hadisə yerinə gəlib yaralıya yardım edən təcili yardım həkimləri zərərçəkənin ayaqlarında güllə yaraları müəyyən ediblər. Polis də dörd giliz taparaq dəlil kimi götürüb.

Hazırda hadisəyə dair cinayət işi başlayıb-başlamamaq məsələsi həll olunur.
BAKU.WS